07 May 2024
Dənizdə qızları xilas edərkən həyatını itirən fədakar Raminlə bağlı YENİ FAKTLAR - VİDEO

Dənizdə qızları xilas edərkən həyatını itirən fədakar Raminlə bağlı YENİ FAKTLAR - VİDEO

10 Avqust 2023
Baxış: 2324

Lənkəranda, 2 qızı dənizdə boğulmaqdan xilas etmək üçün özünü təhlükəyə atan, lakin özü də canından olan Ramin Məmmədzadə, bu gün doğulduğu Lənkəran rayonunun Separadi kəndində torpağa tapşırılıb.

AJMEDİA.İNFO Xəzər TV-yə istinadən xəbər verir ki, hər zaman nümunəvi addımları ilə seçilən Raminin ölümü də hər kəsə nümunə oldu. Dənizdə batan iki qızı xilas edərkən özü həyatını itirdi.

Yaxınları deyirlər ki, Ramin Məmmədzadə hər zaman onların qəlbində yaşayacaq. Həmişə bu fədakar addımı ilə xatırlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: