15 May 2024
Dağıstan prokurorluğu iğtişaşlarla bağlı istintaqa nəzarəti öz üzərinə götürüb

Dağıstan prokurorluğu iğtişaşlarla bağlı istintaqa nəzarəti öz üzərinə götürüb

30 Oktyabr 2023
Baxış: 559

Dağıstan prokurorluğu Mahaçqalada baş verən iğtişaşlarla bağlı istintaqa nəzarət edir.

Qazeta.ru saytına istinadla xəbər verir ki, Dağıstan prokurorluğu Mahaçqala şəhərinin Uytaş hava limanında baş vermiş iğtişaşlarla bağlı başlanmış cinayət işinin istintaqını izləyir.

Qeyd olunub ki, ərazidə yaranmış vəziyyətlə əlaqədar istintaq orqanları tərəfindən cinayət işi açılıb. Söhbət talanlarla müşayiət olunan kütləvi iğtişaşların təşkilindən gedir.

Respublika prokurorluğu tərəfindən cinayət işinin istintaqının gedişi nəzarətə götürülüb.