14 May 2024
Dağıntılar altından sağ çıxarılan tələbələr Azərbaycana QAYITDILAR: Başlarına gələn dəhşətləri danışdılar - VİDEO

Dağıntılar altından sağ çıxarılan tələbələr Azərbaycana QAYITDILAR: Başlarına gələn dəhşətləri danışdılar - VİDEO

13 Fevral 2023
Baxış: 340

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr- Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətiriliblər.

Günlərdir ürəyi səksəkədə olan valideynlərdən biri də Gədəbəy rayonunun İnəkboğan kənd sakini Mübariz Cəfərov olub.

AJMEDİA.İNFO xəbər verir ki, o, Kəpəz tv-yə verdiyi açıqlamada ilk xəbəri televiziya kanallarından birini izləyərkən aldığını bildirib. Sonra onlar ölkəmizin Türkiyədəki səfirliyinə müraciət ediblər.

Zəlzələdən əziyyət çəkən bacılardan Jalə Cəfərova qeyd edib ki, yaşadıqlarını danışmaq çox çətindir. Kahramanmaraş Universitetinin “Sağlıq bilimləri” fakültəsinin 4-cü kurs tələbəsi Gülşən Cəfərova da bacısından heç də az gərginlik yaşamayıb. Hətta zəlzələ baş verəndə bacısı Jalənin öldüyünü güman edib.
Həmin reportajı təqdim edirik: