14 May 2024
Dağıntı altında qalmış Şahin Vəliyevin anası danışdı: “Oradadır, betonu dağıda bilmirlər” - FOTO

Dağıntı altında qalmış Şahin Vəliyevin anası danışdı: “Oradadır, betonu dağıda bilmirlər” - FOTO

10 Fevral 2023
Baxış: 619

Malatyada itkin düşən azərbaycanlı tələbələrdən biri - Şahin Vəliyevin cansız bədəninin dağıntılar altından çıxarıldığına dair məlumatlar yayılıb. Məlumatın dəqiqliyini yoxlamaq üçün Şahinin anası Esmira Vəliyeva ilə əlaqə saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, E.Vəliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Dağıntılar altında qaldıqları ehtimal edilən dörd tələbə bir otaqda yaşayırdı. Onlar həm də qrup yoldaşı idilər. Mənim qardaşım oradadır, Gündüz adlı oğlanın atası oradadır. Mütəmadi əlaqə saxlayıram. Hələ oradakı beton örtükləri dağıdıb aşağıya enə bilmirlər. Bu yalan xəbərləri yayanlar bir az bizi düşünsünlər. Oxuyandan özümə gələ bilmirəm. Ölümlə bağlı dəqiq məlumat olsaydı, rəsmi qurumlardan əlaqə saxlayardılar, heç kim bizimlə əlaqə saxlamayıb, elə məlumat yoxdur. Axtarışlar davam etdirilir”.

Qeyd edək ki, Gəncədən olan Şahin Vəliyevin evi Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə atdığı raket atəşləri zamanı dağılmışdı.

Xatırladaq ki, Şahin Vəliyevin ölməsi barədə məlumatı onun müəlliməsi sosial şəbəkə hesabında paylaşmışdı.