08 May 2024
Cokoviç daha bir nüfuzlu yarışdan kənarda qala bilər

Cokoviç daha bir nüfuzlu yarışdan kənarda qala bilər

17 Yanvar 2022
Baxış: 479

Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviçin Fransa Açıq Çempionatında ("Roland Garros") iştirakına qadağa qoyula bilər.

AJMEDİA.İNFO ESPN-ə istinadən xəbər verir ki, buna səbəb onun peyvənd olunmaqdan imtina etməsidir.

Fransanın idman naziri Roksana Marasinyanu bildirib ki, hökumət idmançılardan peyvənd sertifikat tələb etməyi planlaşdırır.

"Rolan Qarros" turniri 16 may - 5 iyunda keçiriləcək.

Qeyd edək ki, Novak Çokoviç "Australian Open"də də iştirak edə bilməyib. Tennisçi turnirə qatılmaq üçün Avstraliyaya getsə də, yanvarın 5-də vizası ləğv edilib. Buna təcrübəli tennisçinin koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması səbəb olub.