10 May 2024
"Cinayət öz torpağında olan əsgəri separatçıların həbs etməsidir" - Tanınmış politoloqdan Müdafiə Nazirliyinə

"Cinayət öz torpağında olan əsgəri separatçıların həbs etməsidir" - Tanınmış politoloqdan Müdafiə Nazirliyinə

26 Avqust 2021
Baxış: 621

Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, hərbçimiz Babayev Cəmil hospitalı özbaşına tərk edib və buna görə onun haqqında cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirlyinin sonrakı cümləsində isə yazılır ki, “hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”.

Birinci cümlədə “araşdırılma aparılır” sözləriylə kifayətlənmək olardı, çünki bu bəyanatı düşmənlərimiz də oxuyacaq. “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinə Xarici İşlər Nazirliyinin daima doğru işlətdiyi “müvəqqəti” sözü əlavə olunmalı idi.

Ən başlıcası isə Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı. Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib, öz ərazisində hərəkət edib, onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər. Əsl cinayət budur.

Elxan Şahinoğlu,

politoloq