15 May 2024
Çin səfirin ölümünü araşdırmaq üçün İsrailə nümayəndələr göndərəcək

Çin səfirin ölümünü araşdırmaq üçün İsrailə nümayəndələr göndərəcək

18 May 2020
Baxış: 457

Çin səfirinin ölümünün səbəblərini müəyyən etmək üçün İsrailə istintaq qrupu göndərəcək.

ÇXR hökuməti, səfiri Du Veyinin ölümünün səbəblərini bilmək üçün İsrailə bir qrup müstəntiq göndərəcəkdir. Bu barədə "The Times Of Israel" Haaretz-ə istinadən xəbər verib.

Pekində edilən şərhdə, Çinin İsraildəki səfiri, çox güman ki, təbii səbəblərdən Təl-Əvivdəki evində öldüyü bildirilib.

Haaretz-in dediyinə görə, Du Veyinin cəsədinin dəfn üçün Çinə verilməsi üçün xüsusi bir qrup da göndərilib.

Teqlər: Du Veyin