08 May 2024
Cənubi Qafqazda daha bir MÜHARİBƏ TƏHLÜKƏSİ: “Hər şey Rusiya-Ukrayna savaşından asılıdır”

Cənubi Qafqazda daha bir MÜHARİBƏ TƏHLÜKƏSİ: “Hər şey Rusiya-Ukrayna savaşından asılıdır”

31 May 2022
Baxış: 348

“Gürcüstan Baş naziri Qaribaşvilinin İsrailə səfəri və buradakı görüşlər məhz ölkənin silahlanmasına hesablanıb”.

AJMEDİA.İNFO bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Gürcüstan regionda hərbi tərəfdaşlığı məhz Azərbaycanla eyni müstəvidə həyata keçirir:

“Bu ölkənin müasir silahlarla silahlanmasını müəyyən qədər başa düşmək olar - Abxaziya və Cənubi Osetiya kimi Rusiyadan qaynaqlanan ərazi problemi var. Gürcü Arzusu partiyası görünür, İsraillə əməkdaşlığı inkişaf etdirməklə ABŞ-da yəhudi lobbisinin dəstəyini qazanmağı planlayır. Çünki hakim partiyanın ABŞ və Qərblə arasında soyuq küləklər əsir və bu, İvanaşvilinin kölgəsində olan hakimiyyətin siyasətindən qaynaqlanır. Gürcüstanın silahlanması növbəti illərdə xüsusilə Ukraynada baş verən proseslərdən asılı olaraq separatçı bölgələrə qarşı əməliyyata başlamasına gətirib çıxara bilər. Ümumiyyətlə, rəsmi Tiflisin siyasətində bu prioritet təşkil edir”.

Politoloq əlavə edib ki, Rusiyanın Ukraynada zəifləməsi fonunda Gürcü Arzusu partiyası hakimiyyətdə qalmaq və Qərbin təzyiqlərindən qurtarmaq üçün Cənubi Osetiya istiqamətində hərbi əməliyyatlara başlaya bilər:

“Onda ABŞ və NATO-nun dəstəyini ala bilər. Gürcüstanın hərbi əməliyyatlara başlaması Rusiyanın Ukrayna cəbhəsində məğlubiyyətindən asılı olacaq. İndiki hakimiyyət müharibə aparmaq fikrinin olmadığını qeyd etsə də, müdafiə üçün bu mümkündür”.