12 May 2024
Cənubi Koreyada son 20 ilin ən böyük işsizlik artımı qeydə alınıb

Cənubi Koreyada son 20 ilin ən böyük işsizlik artımı qeydə alınıb

10 İyun 2020
Baxış: 381

May ayında Koreya Respublikasında işləyən əhalinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 392 min nəfər azalaraq 26,93 milyona çatıb.

AJM Cənubi Koreya mətbuatına istinadla xəbər verir ki, ölkənin Milli Statistika İdarəsi işsizlərin sayının artmasının son üç ay ərzində koronavirus infeksiyası fonunda qeydə alındığını bildirib.

İdarənin məlumatına əsasən, ölkədə işsizlik səviyyəsi 0,5 faiz artaraq 4,5 faizə çatıb ki, bu da 1999-cu ildən bəri ən yüksək göstəricidir. Məruzədə deyilir ki, iş yerlərinin azalması daha çox ticarət sahəsində (189 min), restoran və otel biznesində (183 min), həmçinin xidmət sektorunda (86 min) müşahidə olunub.

Sosial təminat (131 min), kənd təsərrüfatı və balıqçılıq (54 min) sahələrində də artım qeydə alınıb.