12 May 2024
Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var

21 Oktyabr 2021
Baxış: 629

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki,hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 21010" və "VAZ 2107" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb "VAZ 2107" markalı avtomobilin qəfil olaraq "VAZ 21010"in önünə çıxması olub.

Faktla bağlı araşdırma aparılır.