15 May 2024
Cəlilabad Rayonunda Vətən müharibəsi qazisi işlə təmin olundu

Cəlilabad Rayonunda Vətən müharibəsi qazisi işlə təmin olundu

06 Dekabr 2021
Baxış: 1081

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant Şəmmədov Emil Habil oğlu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.

AJMEDİA.İNFO xəbər verir ki, Emil Şəmmədov 1985-ci ildə Cəlilabad rayonunun Çinar kəndində anadan olmuşdur. 2006-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2006-cı ilin fevral ayından 2008-ci ilin aprel ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit olaraq xidmət etmişdir.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı könüllü olaraq cəbhənin Cəbrayıl və Qubadlı istiqamələrtində gedən döyüşlərdə yaxından iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə baş leytenant Şəmmədov Emil Habil oğlu “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.