14 May 2024
Çay suyunun təmiz olduğunu sübut etmək istəyən nazir xəstəxanalıq oldu - VİDEO

Çay suyunun təmiz olduğunu sübut etmək istəyən nazir xəstəxanalıq oldu - VİDEO

22 İyul 2022
Baxış: 440

Hindistanın Pəncab əyalətinin rəhbəri Bhaqvant Mann şiddətli mədə ağrısı ilə xəstəxanaya yerləşdirilib.

AJMEDİA.İNFO “TRT Haber”ə istinadən xəbər verir ki, buna səbəb Bhaqvant Mannın iyulun 17-də Sultanpurlodhi şəhərində keçirilən mərasimdə çay suyunun təmiz olduğunu sübut etmək üçün bir stəkan su içməsi olub.

Hadisədən iki gün sonra isə baş nazir Mann mədə ağrılarından əziyyət çəkməyə başlayıb.

Pəncab əyalətinin mərkəzi Çandiqarhdakı ofisində vəziyyəti ağırlaşan Mann daha sonra helikopterlə ölkənin paytaxtı Yeni Dehlidəki xəstəxanaya aparılıb. Mannın üzərində aparılan testlər onun zəhərləndiyini göstərib.

Müalicə olunan baş nazir daha sonra evə buraxılıb.

(konkret.az)