10 May 2024
Cavuşoğlu: “İranla regional məsələlərdə əməkdaşlığımız hər zaman olduğundan daha önəmlidir” - VİDEO

Cavuşoğlu: “İranla regional məsələlərdə əməkdaşlığımız hər zaman olduğundan daha önəmlidir” - VİDEO

15 Noyabr 2021
Baxış: 462

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfər edib.

AJMEDİA.İNFO xəbər verir ki, səfər çərçivəsində İranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşən Çavuşoğlu birgə mətbuat konfransında Tehranda olarkən özünü dostunun evində hiss etdiyini bəyan edib. O, İrana qarşı birtərəfli sanksiyaların ədalətsiz olduğunu diqqətə çatdırıb. Həmçinin, tərəflərin nüvə sazişinə geri dönməsi üçün pozitiv addımların atılmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, Türkiyə XİN rəhbəri İranla regional məsələlərdəki əməkdaşlığın hər zamankından daha əhəmiyyətli olduğunu bildirib.

Daha sonra İran prezidenti İbrahim Rəisi ilə görüşən Çavuşoğlu səfərinin ikitərəfli münasibətlər baxımından olduqca faydalı keçdiyini qeyd edib.

#İran Ziyaretimiz
Visit to #Iran 🇹🇷🇮🇷 pic.twitter.com/vTpcVcC2Iv

— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 15, 2021