15 May 2024
"Bunkerləri tərk etməyin, bizi yer üzündən silməyə çalışırlar" - Zelenskidən XALQINA

"Bunkerləri tərk etməyin, bizi yer üzündən silməyə çalışırlar" - Zelenskidən XALQINA

10 Oktyabr 2022
Baxış: 347

"Təəssüf ki, ölənlərimiz və yaralananlarımız var. Xahiş edirəm, sığınacaqları tərk etməyin".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdəki partlayışlardan sonra xalqa müraciətində deyib.

Zelenski həmçinin açıqlamasında "Müharibənin 229-cu günündə bizi məhv etməyə və yer üzündən silməyə çalışırlar", - deyə bildirib.

Qeyd edək ki, Ukrayna mətbuatı səhər saatlarında Kiyev, Lvov və Dnepr şəhərlərində hücumların həyata keçirildiyini açıqlayıb.