14 May 2024
Bugünkü yanğında ölən şəxs Xalq artistinin QOHUMU İMİŞ - FOTO

Bugünkü yanğında ölən şəxs Xalq artistinin QOHUMU İMİŞ - FOTO

23 Noyabr 2023
Baxış: 466

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, yanğın zamanı 1 nəfər vəfat edib, əraziyə cəlb olunan FHN işçiləri xəsarət alıblar.

Bakupost.az-ın məlumatına görə, yanğında vəfat edən şəxs mərhum Xalq artisti Ramiz Novruzun qaynıdır.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.