10 May 2024
Bu telefon sahibləri “WhatsApp”dan İSTİFADƏ EDƏ BİLMƏYƏCƏK: Dekabrın 31-dən..

Bu telefon sahibləri “WhatsApp”dan İSTİFADƏ EDƏ BİLMƏYƏCƏK: Dekabrın 31-dən..

28 Dekabr 2022
Baxış: 313

“WhatsApp” mesajlaşma platforması bəzi istifadəçiləri kədərləndirəcək qərar verib.

AJMEDİA.İNFO bildirir ki, köhnə cihazlara dəstəyini mütəmadi olaraq aradan qaldıran “WhatsApp” bu siyahıya daxil olacaq yeni smartfonların adını açıqlayıb. Qərarla platforma onlarla telefonu dəstəkləməyi dayandıracaq.

Dekabrın 31-dən etibarən “WhatsApp” - “iPhone”, “Samsung” və “Huawei” modelləri də daxil olmaqla, 49 cihazı şəbəkədən ayıracaq. Siyahıda “iPhone 5” və “iPhone 5C” də yer alır.

Platformanın şəbəkədən ayrılacağı “Huawei” modelləri isə bunlardır: Huawei Ascend D, Huawei Ascend D1, Huawei Ascend D2, Huawei Ascend G740, Huawei Ascend Mate, Huawei Ascend P1.

“WhatsApp”ın qərarında payı olan brendlər arasında Cənubi Koreyada yerləşən “Samsung” da var.

Dekabrın 31-dən etibarən platforma - Samsung galaxy ace 2, Samsung galaxy core, Samsung Galaxy S2, Samsung galaxy s3 Mini, Samsung Galaxy Trend II, Samsung Galaxy Trend Lite, Samsung Galaxy Xcover 2 modellərinə dəstəyini dayandıracaq.

Siyahıya Sony Xperia Arc S, sony xperia miro və Sony Xperia Neo L, LG Enact, LG Lucid 2, LG Optimus 4X HD, LG Optimus F3, LG Optimus F3Q, LG Optimus F5, LG Optimus F6, LG Optimus F7, LG Optimus L2 II, LG Optimus L3 II, LG Optimus L3 II Dual, LG Optimus L4 II, LG Optimus L4 II Dual, LG Optimus L5, LG Optimus L5 Dual, LG Optimus L5 II, LG Optimus L7, LG Optimus L7 II, LG Optimus L7 II Dual, LG Optimus Nitro HD kimi modellərdə daxildir.(sfera.az)