14 May 2024
Bu saytlar dələduzluqla pullarınızı MƏNİMSƏYİR - Vətəndaşların DİQQƏTİNƏ!

Bu saytlar dələduzluqla pullarınızı MƏNİMSƏYİR - Vətəndaşların DİQQƏTİNƏ!

13 Noyabr 2023
Baxış: 516

Son bir ayda kiberdələduzluq hallarında ciddi artım hiss olunur.

Bu barədə AJMEDİA.İNFO-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, belə kiberdələduzluq hallarından biri də dövlət qurumları və ya ödəmə platformaları adından istifadə etməklə aşağıda göstərilən adlar və bənzər domen nümunələri ilə yaradılmış saxta səhifələrdir:

hxxps://asanodeme.info/kommunal

hxxps://asan-cerime.net

hxxps://asan-cerime.biz

hxxp://asan-cerime.com

Belə ki, kommunal xidmətlərin və ya cərimələrin xüsusi endirimlər və bonuslarla ödənilməsi adı altında yaradılan və sosial şəbəkələr vasitəsilə reklam olunaraq vətəndaşların marağını cəlb edən belə saytlar vətəndaşları aldatmaqla, onları saxta ödəniş səhifələrinə yönləndirir və kart məlumatlarını ələ keçirərək vəsaitlərini oğurlayır.

“Belə kiberdələduzluq halları tərəfimizdən araşdırılmaqla və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısının alınması üzərində aktiv işlənilməklə yanaşı, hər gün yenilənən saxta səhifələrlə mübarizədə vətəndaşları ayıq olmağa, media nümayəndələrini isə vətəndaşları belə dələduzluq halları ilə bağlı maarifləndirmədə köməklik göstərməyə çağırırıq.

Vətəndaşlara reklam olunan kampaniyalara qarşı həssas davranmağı, alınan məlumatları dəqiqləşdirməyi və yalnız rəsmi səhifələrə etibar etməyi tövsiyə edirik”, - deyə XRİTDX-nin məlumatında qeyd olunur.