13 May 2024
Bu rayonlara yeni polis rəisi TƏYİN EDİLDİ

Bu rayonlara yeni polis rəisi TƏYİN EDİLDİ

14 Mart 2024
Baxış: 299

Neftçala və Oğuz rayon polis şöbələrinə (RPŞ) rəis təyinatı baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.