13 May 2024
Bu pensiyaçılara PİS XƏBƏR: 200 manat yardımı ALA BİLMƏYƏCƏKLƏR

Bu pensiyaçılara PİS XƏBƏR: 200 manat yardımı ALA BİLMƏYƏCƏKLƏR

10 Fevral 2022
Baxış: 484

Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardım pensiya alanların əksəriyyətinin pensiyasına əlavə ediləcək.

AJMEDİA.İNFO Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu yardım vəzifə maaşına əlavə alan pensiyaçılara şamil edilməyəcək.

"O da təxminən 90 minə yaxın insandır. Yəni 1,1 milyondan çox pensiyaçıya şamil ediləcək.

Maaşa əlavə alanlar sabiq deputatlar, hakimlər, prokurorlar, bəzi qrup hərbi qulluqçular, dövlət qulluğunun yuxarı dərəcələrində çalışanlardır. Onların pensiyaları yüksəkdir və ona görə də onlara bu 200 manat yardım şamil olunmayacaq”, - deyə M.Quliyev bidirib.