01 May 2024
Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

18 Aprel 2024
Baxış: 301

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, İslam Yusifovun sükanı arxasında olduğu "Toyota Prius" markalı avtomobil Rövşən Abbasovun idarə etdiyi "Azİnşaat" MMC-yə məxsus "MAN TGA" markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşub. Nəticədə İslam Yusifov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.