14 May 2024
"Bu, İsrailin mövqeyi deyil" - Hersoq Netanyahunu DƏSTƏKLƏMƏDİ

"Bu, İsrailin mövqeyi deyil" - Hersoq Netanyahunu DƏSTƏKLƏMƏDİ

08 Yanvar 2024
Baxış: 356

"Fələstinlilərin Qəzzadan çıxarılması hökumətin rəsmi siyasəti deyil, baxmayaraq ki, Baş nazir Benyamin Netanyahu hökumətinin bəzi üzvləri məhz bunu tələb edir".

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrail Prezidenti İshak Hersoq "NBC" telekanalının “Meet the Press” telekanalına müsahibəsində deyib:

“Mən açıq şəkildə, rəsmi və birmənalı şəkildə deyirəm ki, bu, İsrailin mövqeyi deyil. Nazir nə istəsə deyə bilər. Ola bilər ki, bu, mənim xoşuma gəlməsin, amma bu da İsrail siyasətidir”, - Hersoq qeyd edib.

HƏMAS-ın 7 oktyabrda İsrailə hücumu və İsrailin Qəzzada antiterror tədbirlərinə başlamasından aylar sonra hər iki tərəfdən ümumi itkilərin sayı 24 000-i ötüb, onların əksəriyyəti Qəzzalıdır. İsrail hökumətindəki bəzi şəxslər Fələstin əhalisinin böyük hissəsinin Qəzzadan köçürülməsinin həll yolunun bir hissəsi ola biləcəyini irəli sürüblər.

Birləşmiş Ştatlar isə bu fikrin qəbuledilməz olduğunu bildirib: “Birləşmiş Ştatlar İsrail nazirləri Bezalel Smotriç və Itamar Ben Gvirin fələstinlilərin Qəzzadan kənarda məskunlaşdırılmasını müdafiə edən son bəyanatlarını rədd edir. Bu ritorika qızışdırıcı və məsuliyyətsizdir”, - Dövlət Departamentinin açıqlamasında bildirilib.(Sfera.az)