13 May 2024
“Bu il Rusiya sülhməramlıları 344 erməni qızını...” - Erməni həkimdən ŞOK AÇIQLAMA

“Bu il Rusiya sülhməramlıları 344 erməni qızını...” - Erməni həkimdən ŞOK AÇIQLAMA

13 Dekabr 2021
Baxış: 872

“Erməni qızları pula görə öz bədənlərini ruslara satır”.

AJMEDİA.İNFO Alp.az-a istinadən xəbər verir ki, bu açıqlamanı Xankəndidəki Ana və Uşaq Mərkəzinin ginekoloqu Manuş Sarkisyan verib.

Erməni həkimin sözlərinə görə tək 2021-ci ildə bu Mərkəzə 344 qadın müraciət edib.

“Onlar fahişəliklə məşğul olan qadınlar deyil. Müraciət edənlərin əksəriyyəti 17-24 yaşlı qızlardır. Onlar çətin həyat şəraitindən, maddi imkansızlıqdan rus hərbiçiləri ilə münasibətdə olurlar. Bu dəhşətli mənzərədir. Mənə müraciət edən 344 qız sülhməramlılar tərəfindən zorlanıb”- deyə Manuş Sarkisyan bildirib.

“Real rəqəmlərsə dəfələrlə çoxdur. Bu təkcə mənə olunan müraciətdir”, – Manuş Sarkisyan qeyd edib.