15 May 2024
Bu gün yoluxma sayı ARTDI - SON STATİSTİKA

Bu gün yoluxma sayı ARTDI - SON STATİSTİKA

18 Noyabr 2022
Baxış: 270

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 40 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, hazırda 251 aktiv xəstə var. Bu günə qədər 9 969 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 571, bu günə qədər isə ümumilikdə 7 353 252 test icra olunub.