14 May 2024
Bu çıxış Netanyahunu QƏZƏBLƏNDİRDİ - Utancverici və ürküdücü...

Bu çıxış Netanyahunu QƏZƏBLƏNDİRDİ - Utancverici və ürküdücü...

19 Fevral 2024
Baxış: 346

Braziliya Prezidentinin son çıxışı İsrailin Baş naziri Benyamin Netanyahunu qəzəbləndirib.

AJMEDİA.İNFO bildirir ki, ölkə rəhbəri Luis İnasiu Lula da Silva İsrailin Qəzzadakı hərəkətlərini, Hitlerin yəhudilərə qarşı törətdiyi qırğınla müqayisə edib.

Netanyahu isə sözügedən çıxışla prezidentin “qırmızı xətti keçdiyini” deyib. O, Silvanın sözlərinin “utancverici və ürküdücü” olduğunu bildirib.

İsrailin xarici işlər naziri Yisrael Katz da Silvanın sözlərindən sonra “X” sosial media hesabından açıqlama verib. O, Braziliyanın İsraildəki səfirinin nazirliyinə dəvət ediləcəyini vurğulayıb.(Sfera.az)