14 May 2024
BŞTİ daha bir məktəbin distant tədrisə keçməsi ilə bağlı məlumat yaydı

BŞTİ daha bir məktəbin distant tədrisə keçməsi ilə bağlı məlumat yaydı

19 Oktyabr 2021
Baxış: 464

Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbdə COVID-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.