Bu sürücülər 40 AZN cərimələnəcək – XƏBƏRDARLIQ!
13 saat əvvəlBraziliyada hakimi döyən müdafiəçi futboldan kənarlaşdırıldı
19 Oktyabr 2021
Baxış: 487
Braziliyanın "SK San-Paulu" klubunun müdafiəçisi Uilyam Ribeyro futboldan kənarlaşdırılıb
AJMEDİA.İNFO UOL nəşrinə istinadən xəbər verir ki, buna 30 yaşlı oyunçunun "Quarani" ilə görüşdə baş hakim Rodriqo Krivellaroya hücum etməsi səbəb olub.
Ribeyro qarşıdakı 2 ildə peşəkar futbolla məşğul ola bilməyəcək.
Qeyd edək ki, hadisə matçın 61-ci dəqiqəsində baş verib. Müdafiəçi hakimi yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən referi xəstəxanaya aparılıb və görüş dayandırlıb.
Polis Ribeyronun hərəkətlərini qətlə cəhd kimi qiymətləndirib. Yerli həbsxanaya göndərillən futbolçu cərimə də ödəyəcək.