14 May 2024
BQXK-dan Ermənistanda işgəncə verilən 2 Azərbaycan əsgəri ilə bağlı AÇIQLAMA - FOTO

BQXK-dan Ermənistanda işgəncə verilən 2 Azərbaycan əsgəri ilə bağlı AÇIQLAMA - FOTO

14 Aprel 2023
Baxış: 253

“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, BQXK ailələr və müvafiq qurumlarla əlaqədədir:


“Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir.

Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”.

BQXK-dan Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA