15 May 2024
Böyük Britaniya Azərbaycan əsilli jurnalistə qarşı sanksiya TƏTBİQ ETDİ

Böyük Britaniya Azərbaycan əsilli jurnalistə qarşı sanksiya TƏTBİQ ETDİ

04 May 2022
Baxış: 573

Böyük Britaniya hökuməti anti-Rusiya sanksiyalarını genişləndirərək, onları Ukraynadakı hadisələri yanlış işıqlandırdıqları üçün Ümumrusiya Dövlət Teleradio Şirkətidə çalışan jurnalistlərə və digər media mənsublarına şamil edib.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda deyilir.

“Qara siyahı”ya “Rossiya” telekanalının azərbaycanlı jurnalisti Nailə Əsgərzadənin adı da salınıb.

Həmçinin, Yevgeni Poddubnı, Aleksandr Kots, Dmitri Steşin, teleaparıcı Mixail Leontyevə qarşı məhdudlaşdırıcı tədbirlər görülüb.