01 May 2024
Boris Johnson İsrailə qarşı sanksiyalar

Boris Johnson İsrailə qarşı sanksiyalar

02 May 2020
Baxış: 414

İngiltərə Parlamentinin üzvləri hökumət başçısını, İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

İngiltərə Parlamentinin ən azı 130 keçmiş və indiki üzvü Baş nazir Boris Johnsonu, Yəhudeya, Samariya və İordan Vadisi ərazilərinin ilhaq edilməsi vəziyyətində İsrailə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə "The Times Of Israel" xəbər verir.

Britaniya siyasətçiləri qeyd ediblər ki, Krımın qanunsuz ilhaqına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edilib və buna görə də buna bənzər ilhaq sanksiyalara İsrail məruz qalmalıdır.

Məktub müəllifləri əsasən İngiltərə ilə ərəb ölkələri arasında Anlaşma Şurasının üzvləridirlər. Xüsusilə, bunlar arasında: Mühafizəkarlar rəhbəri Chris Patten, keçmiş inkişaf katibi Andrev Mitchell və əmək millət vəkili Margaret Hodgedir.

İngilis siyasətçiləri ilhaqın İsrail və Fələstinlilər arasındakı sülh planlarını məhv edəcəyini söyləyiblər.