01 May 2024
Boris Conson məktəblərin sentyabra qədər yenidən açılmasını milli prioritet elan edib

Boris Conson məktəblərin sentyabra qədər yenidən açılmasını milli prioritet elan edib

09 Avqust 2020
Baxış: 1348

Böyük Britaniyanın Baş Naziri Boris Conson məktəblərin sentyabra qədər yenidən açılmasının milli prioritet olduğunu bildirib.

AJM-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Baş Nazir lazım gələrsə, məktəblərin yenidən açılması üçün bölgələrdə yenidən mağazalar, pub və restoranların bağlana biləcəyini bəyan edib.

B. Conson qeyd edib ki, məktəblərin zəruri olduğundan daha uzun bir müddətə bağlı saxlamaq mənəvi cəhətdən əlverişsiz, iqtisadi cəhətdən məqbul deyil: “Məktəblərin növbəti ay açılması milli prioritet və mənəvi borcdur”.