01 May 2024
Boris Conson Britaniya ilə Aİ arasında ticarət sazişini müsbət qiymətləndirib

Boris Conson Britaniya ilə Aİ arasında ticarət sazişini müsbət qiymətləndirib

28 Aprel 2021
Baxış: 1250

Böyük Britaniyanın Baş naziri Boris Conson Birləşmiş Krallıqla Avropa İttifaqı arasında ticarət sazişinin Avropa Parlamenti tərəfindən təsdiqlənməsini məqbul hesab edir.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, bir qədər əvvəl bu qərarı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də dəstəkləmişdi.

Boris Conson sazişin imzalanmasını “uzun yolda sonuncu addım” adlandırıb.

Sazişdə qeyd olunur ki, Böyük Britaniyanın Aİ-nin vahid bazarından və gömrük ittifaqından çıxmasına baxmayaraq, tərəflər rüsumsuz və kvotasız azad ticarəti davam etdirəcəklər.

Xatırladaq ki, ötən ilin yanvar ayında kraliça II Elizabet Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə fərman imzalayıb. 2020-ci il fevralın 1-nə keçən gecə Birləşmiş Krallıq 47 il üzvlükdən sonra ittifaqı rəsmən tərk edib.