10 May 2024
"Bizim üçün Ukraynada tökülən qanla Suriyada tökülən qan eynidir" - Çavuşoğludan ETİRAZ

"Bizim üçün Ukraynada tökülən qanla Suriyada tökülən qan eynidir" - Çavuşoğludan ETİRAZ

22 Mart 2022
Baxış: 363

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında çıxış edib.

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu artmaqda olan islamofobiya və Avropa siyasətinin ikili standartlarından bəhs edib:

“Avropada islamofobiya artmaqdadır. Çində uyğur türkləri və digər müsəlmanlar dini hüquqlarını və mədəni kimliklərini qorumaqda çətinliklərlə üzləşirlər. Ən çox müsəlmana ev sahibliyi edən ölkələrdən biri olan Hindistanda hicab taxmaq hüququ rədd edilir.Liviya, Suriya və Yəməndə qardaş qanı axmaqda davam edir. Bu gün Ukraynada hamımızın etiraz etdiyimiz müharibə də ikili standartı ortaya qoydu.Bizim üçün Xarkovda tökülən qanla Hələbdə tökülən qan eynidir. Bura Yaxın Şərq deyil, Əfqanıstan deyil, niyə qan tökülür deyənləri də eşitmişik. Bizim üçün Xarkovda tökülən qanla Hələbdə tökülən qan eynidir. Çünki sivilizasiyamız buna əmr edir”.