09 May 2024
“Bizim olanı almaq üçün bizim olmayanları verməliyik” – Paşinyan mübahisəli kəndlərdən DANIŞDI

“Bizim olanı almaq üçün bizim olmayanları verməliyik” – Paşinyan mübahisəli kəndlərdən DANIŞDI

19 Mart 2024
Baxış: 386

“Azərbaycandan nəsə tələb etmək üçün biz sərhəd xəttimizdə dayanmalıyıq”.

AJMEDİA.İNFO erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kirants kəndində sakinlərlə görüşü zamanı deyib.

O, Ermənistan müxalifətinin “Paşinyan Tavuş kəndlərini vermək istəyir” ittihamına belə cavab verib: “Tavuş rayonunda Xeyrimli adlı kənd varmı? Bu kəndin icra başçısı kimdir? Tanış olmaq istəyirəm. Tavuşda Əskipara adlı kənd varmı? Bu kəndin sakinləri kimlərdir? Qanuni olaraq bizim olanı almaq üçün qanuni olaraq bizim olmayanı verməyə hazır olmalıyıq”.

Baş nazir bildirib ki, bu məlumatı paylaşmaq üçün kənd sakinlərinin görüşünə gəlib. “Sizdən xahiş edirəm ki, problemləri həll etmək üçün bizə fürsəti verin. Biz addım-addım irəliləyək və görək, bu dinc, sakit yolla getməklə ölkəmizin ərazi bütövlüyünü təmin etmək olarmı? Bunun üçün mümkün olan hər şeyi etməliyik”, – Paşinyan bildirib.(konkret.az)