10 May 2024
"Biz Naxçıvan məsələsinə hazırıq" - Paşinyandan KRİTİK AÇIQLAMA

"Biz Naxçıvan məsələsinə hazırıq" - Paşinyandan KRİTİK AÇIQLAMA

08 Noyabr 2021
Baxış: 491

Baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu böyük iş görüb və mən bunu çox yüksək qiymətləndirirəm. Əvvəlcə hansı yolların mövcud olduğu və hansı yolların ola biləcəyi müzakirə olunub.

AJMEDİA.İNFO erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, 9 noyabr tarixli bəyanatın 9-cu bəndində deyilir ki, bütün nəqliyyat və iqtisadi kommunikasiyalar açılmalıdır, Ermənistanın Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqəsinə zəmanət verdiyi qeyd olunur: “Bundan sonra tərəflərin razılığı ilə yeni nəqliyyat kommunikasiyalarının tikintisindən danışırıq. Məsələ burasındadır ki, əvvəlcə mövcud kommunikasiyaları açmaq lazımdır və əgər zaman keçdikcə yük daşımalarının böyük olduğu ortaya çıxarsa, bu zaman yeni kommunikasiyalara ehtiyac haqqında düşünmək olar.

Üstəlik, biz hesab edirik ki, Azərbaycan Ermənistan ərazisindən, Ermənistanın suveren yolları ilə Naxçıvanla əlaqə saxlamalıdır, biz buna hazırıq. Ermənistan isə Azərbaycan ərazisi vasitəsilə Rusiya və İranla əlaqə saxlamalıdır. Azərbaycanın Türkiyə ilə əlaqə saxlamaq imkanı olacaq. Yəni təkcə daxili kommunikasiyalardan danışa bilmərik”.

Paşinyan qeyd edib ki, üçtərəfli işçi qrupu İcevan-Qazax, Berd-Tovuz, Anqeqakoç-Biçənək, Horadiz-Arazdəyən, Horadiz-Mehri-Ordubad-Arazdəyən hissələrində bütün mümkün marşrutları müəyyənləşdirib: “Biz hesab edirik ki, Arazdəyən-Ordubad-Mehri-Arazdəyən dəmir yolunu, eləcə də magistral yolları Ermənistan öz ərazisində, Azərbaycan da öz ərazisində çəkməlidir. İşçi qrupu bütün mümkün yolları təklif edib. İndi biz bu marşrutları müzakirə edib razılığa gəlməliyik. Texniki tərəf ən çətini deyil. Ən çətini bu kommunikasiyaların hansı düsturlara uyğun işləsidir”.(Teleqraf.com)