14 May 2024
Biz arzuladığımız qüdrətli dövlətin vətəndaşlarıyıq - David Seliverstov

Biz arzuladığımız qüdrətli dövlətin vətəndaşlarıyıq - David Seliverstov

24 Dekabr 2023
Baxış: 457

Parlaq müasir tariximiz xalqımızın müstəqil, müdrik seçiminin bəhrəsidir. Biz arzuladığımız qüdrətli dövlətin vətəndaşlarıyıq. Bu böyük tarixi bizə bəxş edən, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev olub.

Bunu, Magen David Groupun rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov AJMEDİA.İNFO-a öz müsahibəsində bildirib.

Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti ərzində gördüyü nəhəng işlər ona təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük hörmət və nüfuz qazandırıb. Onun sadəliyi, səmimiliyi, milliyyətçiliyi, Azərbaycana sevgisi, Vətəninə, xalqına sədaqəti, qətiyyəti, bütövlüyü və nəhayət, 30-cu illərimizə son qoyan Vətən Müharibəsində Ali Baş Komandan kimi Qarabağın işğaldan azad edilməsi ona milli sevgi qazandırdı.

Magen David Group və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyi adından Cənab Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, daim möhkəm cansağlığı, xoşbəxtlik, xoş əhval-ruhiyyə arzu edirik.