14 May 2024
Birinci mərhələ başa çatdı - Netanyahu

Birinci mərhələ başa çatdı - Netanyahu

25 Noyabr 2023
Baxış: 540

İsrail Qəzza zolağında fələstinli radikallar tərəfindən saxlanılan girovların qaytarılmasının birinci mərhələsini başa çatdırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Biz qaçırılan uşaqlarımızı, onların analarını və digər qadınları geri qaytarmağın birinci mərhələsini başa vurduq. Onların hər biri bütöv bir dünyadır. Amma mən sizə, ailələrə və İsrail vətəndaşlarına deyirəm: biz qaçırılanların hamısını geri qaytarmağa borcluyuq. Bu, müharibənin məqsədlərindən biridir və biz müharibənin bütün məqsədlərinə nail olmağa çalışırıq”, - Netanyahu söyləyib.

Qeyd edək ki, bu gün HƏMAS 25, İsrail hakimiyyəti isə 39 fələstinlini azad edib.