13 May 2024
“Bilirdim ki, Prezident məni xilas edəcək” - Ruslan Pənahov

“Bilirdim ki, Prezident məni xilas edəcək” - Ruslan Pənahov

05 Mart 2024
Baxış: 256

“Özümü yaxşı hiss edirəm. Səhhətim də normaldır”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahov deyib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən əsgərimiz Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bilirdim ki, məni əsirlikdən xilas edəcək. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.