15 May 2024
Biləsuvar sakini 4 nəfəri bıçaqladı

Biləsuvar sakini 4 nəfəri bıçaqladı

23 Oktyabr 2021
Baxış: 732

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

AJMEDIA.INFO xəbər verir ki, hadisə rayonun Amankənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Qoşqar Orucov mübahisə zəminində həmkəndliləri - İsa Abbasovu, Tural Yəhyalını, Sənan Yəhyayevi və Ərəstun Şahmarovu bıçaqlayıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hadisənin səbəbləri və təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.