07 May 2024
"Bəxtiyar bizi eşitmədi..." - Hafiz Hacıyev həbsdə olan müxalifətçi qohumundan danışdı

"Bəxtiyar bizi eşitmədi..." - Hafiz Hacıyev həbsdə olan müxalifətçi qohumundan danışdı

20 Fevral 2023
Baxış: 368

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev həbsdə olan qohumu, ictimai fəal Bəxtiyar Hacıyevin 44 gündür, aclıq aksiyasını davam etdirməsinə münasibət bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Hafiz Hacıyev pravda.az-a açıqlamasında deyib ki, qohum olduğu üçün Bəxtiyar Hacıyevin işinə qarışmır.

“İstəməzdim ki, məsələni bu səviyyəyə çatdırsın. Görünür, müəyyən qüvvələrin təsiri var ki, axıra qədər askiyanı davam etdirir. Bu, düzgün deyil. Adam tutular da, adamı tutarlar da... Təbii ki, əsassız həbs edilib, ona qarşı ədalətsizlik olub. Amma Bəxtiyar öz səhhətini qorumalıdır. Düşünürəm, yaxın vaxtlarda azadlığa çıxacaq. Başqa söz deyə bilmirəm, demək də istəmirəm. Mənim bildiyimə görə, yaxın vaxtlarda hər şey həll olunacaq. Bəxtiyar bizi də eşitmədi. Hər şey ola bilər, amma bu dərəcədə yox. Düzdür, haqsız yanaşma var, amma Bəxtiyarın özü də bəzi şeylərə düzgün yanaşmır. Düşünürəm ki, yaxın vaxtlarda cənab Prezident Azərbaycanda olan siyasi məhbusların hamısının buraxılması üçün müəyyən addımlar atacaq”, - H.Hacıyev bildirib.