10 May 2024
Belarusda azərbaycanlı iş adamı itkin düşdü

Belarusda azərbaycanlı iş adamı itkin düşdü

30 Oktyabr 2021
Baxış: 500

Belarusun Qorki şəhərində əslən Azərbaycanın Goranboy rayonundan olan 1970-ci il təvəllüdlü Akimov Əlikram Səməd oğlu itkin düşüb.

AJMEDİA,İNFO xəbər verir ki, Ə.Akimov bir həftədir yaşadığı evdə çıxıb və bu günə qədər geri qayıtmayıb. Onunla bağlı hələ də məlumat yoxdur.

Milis itkin düşən azərbaycanlının axtarışı ilə məşğuldur. Qeyd edək ki, Ə.Akimov kiçik bizneslə məşğul olub.