14 May 2024
"Bazel"in baş məşqçisi: "Qarabağ"la oyunda xüsusi taktika olmayacaq"

"Bazel"in baş məşqçisi: "Qarabağ"la oyunda xüsusi taktika olmayacaq"

08 Dekabr 2021
Baxış: 573

"Heç bir xüsusi taktika olmayacaq. Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək".

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI tur oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.