14 May 2024
Baydenlə görüşdə misilsiz razılaşma oldu - Netanyahu

Baydenlə görüşdə misilsiz razılaşma oldu - Netanyahu

19 Oktyabr 2023
Baxış: 663

İsrail dövlətinin təhlükəsizliyinin qorunması və müharibənin davam etdirilməsi üçün misilsiz yardımın göstərilməsi ilə bağlı razılaşmalar əldə olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə görüşü barədə danışarkən deyib.

"Biz təhlükəsizliyimizə böyük töhfə verən son dərəcə vacib bir şeyə nail olduq: İsrail dövlətinə görünməmiş miqyasda böyük təhlükəsizlik, o cümlədən döyüş qabiliyyətimizi daha da gücləndirən yardım aldıq", - baş nazir bildirib.

Netanyahunun sözlərinə görə, Bayden İsrailə təkcə bütün xalqın ürəyinə toxunan təsəlli sözləri ilə deyil, həm də əməlləri ilə gəlib.

Netanyahu vurğulayıb ki, tarixdə ilk dəfə bir Amerika prezidenti müharibə zamanı İsrailə səfər edib.

Qeyd edək ki, ötən gün ABŞ lideri Co Bayden Təl-Əvivdə səfərdə olub.