08 May 2024
Bayden: “ABŞ Ukraynaya Rusiyanı vurmaq üçün raketlər verməyəcək”

Bayden: “ABŞ Ukraynaya Rusiyanı vurmaq üçün raketlər verməyəcək”

31 May 2022
Baxış: 525

"Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə oluna biləcək reaktiv sistemlər verməyəcəyik".

AJMEDİA.İNFO Kommersant.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

“Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”, - deyə dövlət başçısı bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, ABŞ bu həftə Ukraynaya yeni silah tədarükünü elan edə və bu çərçivədə 300 km-ə qədər məsafəyə zərbə endirməyə qadir olan HIMARS (High Mobility Advanced Rocket System) raket sistemlərini tədarük edə bilər.