15 May 2024
Bayden ABŞ kontingentinin Əfqanıstandan çıxarılması barədə danışıb

Bayden ABŞ kontingentinin Əfqanıstandan çıxarılması barədə danışıb

17 Mart 2021
Baxış: 1267

ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxarılmasının dəqiq vaxtı hələ müəyyən edilməyib. Hazırda Vaşinqton öz müttəfiqləri ilə bu mövzu ətrafında müzakirələr aparır.

AJM xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden ABC News telekanalına müsahibəsində deyib.

“Hazırda qoşunların Əfqanıstandan çıxarılması barədə qərarın qəbul edilməsi prosesindəyəm. ABŞ-ın sabiq Prezidenti Donald Trampın “Taliban” hərəkatı ilə əldə etdiyi razılaşma o qədər də möhkəm deyil. Bu səbəbdən müttəfiqlərimizlə, həmçinin hökumətlə məsləhətləşmələr aparırıq və qərar hazırlıq mərhələsindədir”, - deyə Cozef Bayden bildirib.

Prezident, həmçinin Birləşmiş Ştatların öz qoşunlarını mayın 1-nə qədər Əfqanıstandan çıxara biləcəyini istisna etməyib və bunun çox ağır olacağını deyib.

Xatırladaq ki, ötən il fevralın 29-da Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.

Teqlər: Bayden