15 May 2024
Baş Prokurorluqdan şəhid qardaşının yayılan ikinci videosu ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan şəhid qardaşının yayılan ikinci videosu ilə bağlı AÇIQLAMA

16 Sentyabr 2022
Baxış: 436

"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır".

Bu barədə AJMEDİA.İNFO-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Mətbuat Xidmətindən qeyd edilib.