12 May 2024
"Barselona"nın prezidenti azarkeşlərdən üzr istədi

"Barselona"nın prezidenti azarkeşlərdən üzr istədi

15 Sentyabr 2021
Baxış: 421

İspaniya "Barselona"sının prezidenti Joan Laporta azarkeşlərə müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki,59 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə Almaniya "Bavariya"sına məğlubiyyətə görə fanatlardan üzr istəyib.

O, tərəfdarları səbrli olmağa çağırıb: "Mən də sizin kimi qəzəbli və məyusam. Baş verənlər düşündüyümüz ssenarilərdən biridir. Səbrli olmağınızı və komandaya dəstəyinizi davam etməyinizi xahiş edirəm. Həmçinin klub rəhbərliyinə etibar edin. Bu inama ehtiyacımız var və vəziyyəti düzəldəcəyimizə heç bir şübhəmiz yoxdur".