09 May 2024
Banklar son bir ayda nə qədər qazanıblar? – 9,3 milyon artım olub

Banklar son bir ayda nə qədər qazanıblar? – 9,3 milyon artım olub

27 Fevral 2024
Baxış: 341

Bu ilin fevral ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 23 bankda 23 min 633 nəfər işçi çalışır.
AJMEDİA.İNFO
xəbər verir ki, Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, son bir ay ərzində bank işçilərinin sayı 64 nəfər artıb.
Qeyd edək ki, bu ayın əvvəlində ölkədə 2 dövlət bankı, 21 özəl bank olub. Xarici kapitallı bankların sayı 9 olub.
Bu ilin yanvar ayı ərzində bank filiallarının sayı dəyişməz qalıb – 475. Bank şöbələrinin sayı isə bir ay ərzində 96-dan 104-ə yüksəlib.
Banklara məxsus ATM-lərin sayı isə son bir ayda 4 ədəd artaraq 3 min 40-dan 3 min 44-ə çatıb.
Onu da bildirək ki, ölkədə fəaliyyət göstərən 23 bankın yanvar ayı ərzindəki xalis mənfəəti 99,6 milyon manat olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu göstərici 90,3 milyon manat olub.

Teqlər: Bank