14 May 2024
"Bandotdel" Ramiz Mehdiyevin yaxın qohumunu və köməkçisini SAXLADI - RƏSMİ

"Bandotdel" Ramiz Mehdiyevin yaxın qohumunu və köməkçisini SAXLADI - RƏSMİ

15 Fevral 2022
Baxış: 456

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov report-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.