10 May 2024
Bakının mərkəzində yol polisini maşınla vurub qaçdılar – VİDEO

Bakının mərkəzində yol polisini maşınla vurub qaçdılar – VİDEO

12 Noyabr 2021
Baxış: 544

Bakı şəhərində yol polisi əməkdaşı avtomobillə vurulub.

AJMEDİA.İNFO-nun oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Rəşid Behbudov küçəsində baş verib.

Polis sürücüyə “saxla” əmri versə də, o, əmrə tabe olmayıb. Nəticədə sürücü polisi vuraraq ərazidən qaçıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, məsələ barədə ərazi polis idarəsi üzrə araşdırma aparılır: “Məsələyə hüquqi qiymət veriləcək”.

O qeyd edib ki, polis əməkdaşına tibbi yardım göstərilib: “Vəziyyəti qənaətbəxşdir”.