30 Aprel 2024
Bakının işğaldan azad edilməsi münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq

Bakının işğaldan azad edilməsi münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq

14 Sentyabr 2021
Baxış: 338

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.